Bank Of Baku

Liviya üzrə Əlaqələndirmə qrupu bu həftə Türkiyədə toplanacaq

Liviya üzrə Əlaqələndirmə qrupu bu həftə Türkiyədə toplanacaq
# 22 avqust 2011 21:12 (UTC +04:00)
Bakı-APA. Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu, səfərdə olduğu Efiopiyada, Liviyadakı hadisələrlə bağlı telefon danışıqları aparıb. Bu barədə CNNTürk diplomatik qaynaqlara istinadən məlumat verir.

Davudoğlu, öncə Fransa xarici işlər naziri Alen Jüppe və Liviya üzrə Əlaqələndirmə qrupunun keçmiş başçısı Birləşmiş Ərəb Əmirlikləri xarici işlər naziri Şeyx Abdullah Bin Zayed əl Nahyan ilə danışıb.

Bu danışıqların ardından Davudoğlu, Qətər baş naziri və xarici işlər naziri Şeyx Hamad bin Casim bin Cabir əl Tani, Fransa xarici işlər naziri Alen Jüppe, ABŞ Dövlət katibi Hillari Klinton, Kanada xarici işlər naziri Con Beird, Birləşmiş Ərəb Əmirlikləri xarici işləri naziri Şeyx Abdullah Bin Zayed əl Nahyan, Almaniya xarici işlər naziri Quido Vestervelle, İtaliya xarici işlər naziri Franko Frattini, Norveç xarici işlər naziri Yonas Qer Store, İsveç xarici işlər naziri Karl Bildt, Danimarka xarici işlər naziri Lene Espersen və İngiltərə xarici işlər nazirinin müavini Alister Börtsün iştirakı ilə telekonfrans vasitəsi ilə danışıqlar keçirib.

Bu danışıqlarda Liviya üzrə Əlaqələndirmə qrupunun bu həftə Türkiyədə toplanması qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR