Bank Of Baku

NATO Müəmmər Qəddafinin gizləndiyi qərargaha havadan zərbələr endirməyə başlayıb

NATO Müəmmər Qəddafinin gizləndiyi qərargaha havadan zərbələr endirməyə başlayıb
# 23 avqust 2011 15:29 (UTC +04:00)
Bakı. Azər Mustafayev-APA. NATO aviasiyası Müəmmər Qəddafinin qərargahına hava zərbələri endirməyə başlayıb. APA-nın məlumatına görə, Liviyanın paytaxtı Tripolidə böyük üstünlüyə malik üsyançılar Qəddafinin gizləndiyi Bab əl-Əziziyə məntəqəsinə hücuma keçiblər. NATO qüvvələri də onlara havadan dəstək verməyə başlayıb. “Əl Ərəbiyə” qəzetinə müsahibə verən müxalifət nümayəndəsi Əhməd Osman bildirib ki, üsyançılar qərargaha girmək üçün hücuma keçiblər.
Bu arada “Əl Cəzirə” televiziyasında üsyançıların Qəddafinin gizləndiyi “Bab əl Əziziyə” iqamətgahına girdikləri elan olunub. Qərargah iç-içə qalın divarlar tərəfindən mühafizə olunur.
Qeyd edək ki, Müəmmər Qəddafinin Tripolidə “Bab əl-Əziziyə” iqamətgahında gizləndiyi ehtimal olunsa da, bu məlumat hələlik təsdiqini tapmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR