Bank Of Baku

Gəddafi xalqa müraciətlə çıxış edib

Gəddafi xalqa müraciətlə çıxış edib
# 24 avqust 2011 03:25 (UTC +04:00)
Bakı-APA. NATO-nun 64-cü hava hücumu nəticəsində Tripolinin Bab-el-Əziz məhəlləsi yerlə yeksən olub.
APA-nın verdiyi xəbərə görə, bunu polkovnik Müəmmar Gəddafi yerli radio ilə xalqa müraciətində bildirib.

O tərəfdarlarının Bab-el-Əziz məhəlləsində iqamətgahını üsyançılara təhvil verməsini "taktiki addım" adlandırıb. "Təcavüzkarlara qarşı mübarizədə yalnız ölüm və ya qələbə ola bilər", - deyib.
Liviyanın Milli keçid Şurası bildirib ki, Tripolidə üç gün gedən döyüşlərdə 400-dən çox insan həlak olub, iki min nəfər yaralanıb.

Xatırladaq ki, Liviyanın Milli Keçid Şurası öz qərargahını iki gün ərzində Benqazidən paytaxt Tripoliyə köçürəcəyini bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR