Bank Of Baku

Liviya paytaxtında Qəddafi tərəfdarları ilə üsyançılar arasında qızğın döyüşlər davam edir

Liviya paytaxtında Qəddafi tərəfdarları ilə üsyançılar arasında qızğın döyüşlər davam edir
# 24 avqust 2011 11:05 (UTC +04:00)
Bakı. Azər Mustafayev-APA. Tripolidə qızğın döyüşlər hələ də davam edir. APA-nın məlumatına görə, Liviya paytaxtında Müəmmər Qəddafinin qərargahı müxalifət qüvvələri tərəfindən ələ keçirilib. Buna baxmayaraq Qəddafi tərəfdarları təslim olmayıb və tərəflər aradında hələ də döyüşlər gedir. Liviya lideri xalqa ünvanladığı audiomüraciətdə təslim olmayacağını və mübarizəni sonadək davam etdirəcəyini bildirib.
Bu arada xarici jurnalistlərin qaldığı “Rixos Hotel” Qəddafi tərəfdarları tərəfindən tutulub. Hotelin damında mövqe tutan snayperlər üsyançılara atəş açmağa başlayıb. Hoteldə 35-ə yaxın xarici jurnalistin olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR