Bank Of Baku

Liviyanın yeni lideri seçkilərin keçiriləcəyi tarixi açıqlayıb

Liviyanın yeni lideri seçkilərin keçiriləcəyi tarixi açıqlayıb
# 24 avqust 2011 12:50 (UTC +04:00)
Bakı. Azər Mustafayev-APA. Liviyada yeni seçkilər yaxın səkkiz ay ərzində keçiriləcək. APA-nın məlumatına görə, bu barədə Liviya Milli Keçid Şurasının lideri Mustafa Abdel Cəlili xarici jurnalistlərə müsahibəsində deyib. Cəlili bildirib ki, səkkiz ay ərzində həm parlament, həm də prezident seçkiləri keçiriləcək: “Biz demokratik dövlət və ədalətli konstitusiya istəyirik. Əvvəlki kimi dünyadan təcrid olunmuş dövlət istəmirik”.
Keçid hökumətinin lideri Liviya diktatoru Müəmmər Qəddafi və onun tərəfdarlarının məhkəməsinin Liviyada keçirmək istədiklərini deyib: “Ona görə də biz onu diri tutmaq istəyirik. O, xalqın yaddaşında özünün törətdiyi cinayət əməlləri, həbsləri və siyasi qətlləri ilə qalacaq”.
Qeyd edək ki, üsyançılar artıq paytaxt Tripoli daxil olmaqla ölkənin bütün ərazisinə nəzarət edirlər. Yalnız bəzi yerlərdə Qəddafi tərəfdarları ilə kiçik miqyaslı döyüşlər gedir. Diktatorun isə harada olduğu hələlik məlum deyil. Hal-hazırda ölkədəki bütün hakimiyyət orqanlarına dünya birliyi tərəfindən tanınmaqda olan Milli Keçid Şurası rəhbərlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR