Bank Of Baku

Burkina-Faso Müəmmər Qəddafiyə siyasi sığınacaq verməyə hazır olduğunu bildirib

Burkina-Faso Müəmmər Qəddafiyə siyasi sığınacaq verməyə hazır olduğunu bildirib
# 25 avqust 2011 03:57 (UTC +04:00)
Bakı-APA. Burkina-Faso Müəmmər Qəddafiyə siyasi sığınacaq verməyə hazırdır. Bu barədə bu ölkənin xarici işlər naziri Cibril Bassole bəyan edib.

Nazir bildirib ki, «əgər polkovnik Burkina-Fasoya gəlmək istəsə, ona etiraz etmək üçün səbəb yoxdur».

Bassolenin sözlərinə görə, «Qəddafinin daha ölkəni idarə edə bilməyəcəyi aydındır».

«Biz Qəddafini Liviya əhalisinə qarşı hərbi əməliyyatlara son qoymağa çağırırıq», deyə nazir bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR