Bank Of Baku

Liviyanın Rusiyadakı səfirliyində Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin yaşıl bayrağı endirilib

Liviyanın Rusiyadakı səfirliyində Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin yaşıl bayrağı endirilib
# 25 avqust 2011 12:43 (UTC +04:00)
Bakı. Azər Mustafayev-APA. Liviyanın Rusiyadakı səfirliyində Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin yaşıl bayrağı endirilib. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, səfirliyin binasında bayraq endirilsə də, əvəzinə başqa bayraq qaldırılmayıb. Hal-hazırda səfirliyin binası qarşısında KİV nümayəndələri toplaşaraq yeni bayrağın qaldırılmasını gözləyirlər. Bütün bu baş verənlər barəsində hələlik səfirlikdən rəsmi məlumat verilmir. Qeyd edək ki, Liviyanın Qazaxıstandakı səfirliyində Liviya Milli Keçid Şurasının bayrağı qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR