Bank Of Baku

Ərəb Ölkələri Liqası Milli Keçid Şurasını Liviya xalqının legitim orqanı kimi tanıyıb

Ərəb Ölkələri Liqası Milli Keçid Şurasını Liviya xalqının legitim orqanı kimi tanıyıb
# 25 avqust 2011 14:00 (UTC +04:00)
Bakı. Azər Mustafayev-APA. Ərəb Ölkələri Liqası Milli Keçid Şurasını Liviya xalqının legitim orqanı kimi tanıyıb. APA-nın məlumatına görə, bu barədə təşkilatın baş katibi Nabil əl-Ərəbi Qahirədə xarici jurnalistlərə müsahibəsində deyib. Əl-Ərəbi bildirib ki, keçid hökuməti Ərəb Ölkələri Liqasına tam üzv kimi qəbul olunacaq. Keçid hökumətinin təşkilatdakı nümayəndəsi Əbdülmunim əl-Hüni şənbə günü keçiriləcək ərəb ölkələri nazirlərinin görüşündə iştirak edəcəyini bildirib.
Qeyd edək ki, Liviyada baş verən kütləvi iğtişaşlar və onların hökumət tərəfindən qəddarcasına yatırılması səbəbindən bu ölkənin Ərəb Ölkələri Liqasında fəaliyyəti fevralın 22-də dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR