Bank Of Baku

Liviya Təmas Qrupunun növbəti toplantısı İstanbulda keçiriləcək

Liviya Təmas Qrupunun növbəti toplantısı İstanbulda keçiriləcək
# 25 avqust 2011 16:27 (UTC +04:00)
Bakı. Azər Mustafayev-APA. Liviya Təmas Qrupunun növbəti toplantısı İstanbulda keçiriləcək. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, toplantıda 27 ölkədən 55 təmsilçi iştirak edəcək. Bu görüşdə Afrika Birliyi, Ərəb Ölkələri Liqası, Avropa Birliyi, NATO, İslam Əməkdaşlığı Təşkilatı, Körfəz Əməkdaşlığı Təşkilatı və BMT-dən 14 diplomat və Liviya Milli Keçid Şurasının 4 üzvü iştirak edəcək. Xarici işlər naziri Əhməd Davudoğlu və Liviya Milli Keçid Şurasının başçılarından biri olan Mahmud Cibriilin çıxışları ilə başlayacaq toplantı mətbuat üçün qapalı olacaq. Müzakirə olunacaq əsas məsələ kimi Qəddafinin süqutundan sonra qurulacaq Milli Keçid Şurasına siyasi dəstək verilməsi və maliyyə yardımı göstərilməsidir. Toplantının bir gün davam edəcəyi bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR