Bank Of Baku

Liviyanın xarici banklardakı 1,5 milyard dollar vəsaiti özünə qaytarılacaq

Liviyanın xarici banklardakı 1,5 milyard dollar vəsaiti özünə qaytarılacaq
# 26 avqust 2011 08:59 (UTC +04:00)
Bakı. Azər Mustafayev-APA. Liviyanın xarici banklarda dondurulmuş 1,5 milyard dollar dəyərində aktivləri özünə qaytarılacaq. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu vəsait münaqişədən sonrakı dövrdə ölkənin yenidən qurulmasına sərf olunacaq. Qaytarılacaq vəsait üç istiqamətdə istifadə olunacaq. İlk növbədə ölkəyə humanitar yüklərin çatdırılması nəzərdə tutulub. Sonrakı mərhələdə isə bu vəsaitin sosial ehtiyacların ödənilməsi, o cümlədən təhsil və səhiyyəyə uyardım məqsədilə istifadəsi nəzərdə tutulur. Xarici banklarda saxlanan Liviya dövlətinə məxsus aktivlər BMT Təhlükəsizlik Şurasının(TŞ) 2011-ci il tarixli 1970 saylı qətnaməsinə əsasən dondurulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR