Bank Of Baku

Liviyada serbiyalı snayperlər yaxalanıb

Liviyada serbiyalı snayperlər yaxalanıb
# 26 avqust 2011 14:14 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Liviyada 5 serbiyalı snayper yaxalanıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Liviya müxalifətinin nümayəndəsi Əhməd Mehdi bildirib ki, Tripoli hava limanında gedən döyüşlər zamanı özlərini inşaat işçisi təqdim edən çoxlu sayda muzdlu afrikalı əsgərlərlə yanaşı, şübhəli 5 serbiyalı da saxlanılıb. Onların Qəddafinin muzdlu dəstələrində xidmət edən snayper olduğu güman edilir.

Serbiya Xarici İşlər Nazirliyindən bildiriblər ki, Liviyada Serbiya vətəndaşlarının tutulması haqqında məlumatları yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR