Bank Of Baku

BMT-nin Nigeriyadakı nümayəndəliyinin 15 əməkdaşı terrorun qurbanı olub

BMT-nin Nigeriyadakı nümayəndəliyinin 15 əməkdaşı terrorun qurbanı olub
# 27 avqust 2011 09:24 (UTC +04:00)
Bakı – APA. Nigeriyanın paytaxtı Abuca şəhərindəki BMT nümayəndəliyinin ərazisində baş verən güclü partlayış nəticəsində nümayəndəliyin 15 əməkdaşı ölüb. APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, partlayışı terrorçu-kamikadze törədib. O, partlayıcı maddələrlə dolu olan avtomobili nümayəndəliyin binasının qarşısında partladıb. Nəticədə binanın bir yanı uçub. Hadisə zamanı ölənlərin ümumi sayı 18 nəfərdir.

Terrora görə məsuliyyəti radikal islamçı “Boko Haram” qruplaşması öz üzərinə götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR