Bank Of Baku

Liviya üsyançıları ölkənin qərbinə doğru irəliləyirlər

Liviya üsyançıları ölkənin qərbinə doğru irəliləyirlər
# 28 avqust 2011 02:45 (UTC +04:00)
Bakı-APA. Liviya üsyançıları Tunislə sərhəddə mühüm məntəqəni ələ keçirdiklərini, amma Züvarah şəhəri uğrunda döyüşlərin getdiyini xəbər verirlər.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, müxalifət döyüşçüləri Züvaraha doğru irəliləyərkən Müəmmər Qəddafiyə sadiq qüvvələrin sərt müqaviməti ilə üzləşiblər. Tripoliyə gedən mühüm təchizat yolu Züvarahdan keçir. Bu sahil şəhəri Tunislə sərhəddən 50 kilometr məsafədə yerləşir.
Cümə günü üsyançılar eyni yolun üstündə yerləşən Ras Adcir qəsəbəsini ələ keçiriblər.
Paytaxt sakinlərinin əksəriyyəti bu günlərdə elektrik və su çatışmazlığından əziyyət çəkir. Milli Keçid Şurasının nümayəndəsi Mahmud Şammam deyib ki, müxalifət Tripoli əhalisi üçün bu "çətin periodu" qısaltmaq üçün əlindən gələni edir.
Bu arada NATO təyyarələri Qəddafinin doğma şəhəri Sirtedki bunkerini bombardman edib. Sirte Qəddafinin gizləndiyi yerlərdən biri hesab edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR