Bank Of Baku

Nigeriyada daşqınlar nəticəsində ölənlərin sayı 100 nəfəri keçib

Nigeriyada daşqınlar nəticəsində ölənlərin sayı 100 nəfəri keçib
# 01 sentyabr 2011 07:34 (UTC +04:00)
Bakı-APA. Nigeriyada son bir həftədir davam edən daşqınlar nəticəsində ölənlərin sayı 102 nəfərə çatıb. APA-nın məlumatına görə, daşqınlara aramsız yağan leysan yağışları səbəb olub. Daşqınlar İbadan şəhərində bir neçə körpünü yuyub aparıb, su bəndini dağıdıb. Təbii fəlakət nəticəsində 1500 nəfər evsiz qalıb. Bəzi ərazilərdə suyun səviyyəsi yüksək olaraq qalır.

Nigeriyada apreldən başlayaraq noyabra kimi aramsız yağışların yağması güclü daşqınlara səbəb olur. Bu ilin iyun-iyul aylarında daşqınlar 44 nəfərin həyatına son qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR