Bank Of Baku

Liviyanın xarici işlər naziri həbs olunub

Liviyanın xarici işlər naziri həbs olunub
# 01 sentyabr 2011 07:40 (UTC +04:00)
Tripoli-APA. Liviyalı üsyançılar Müəmmər Qəddafi hökumətində xarici işlər naziri postunu tutan Abdulati əl-Obeydini həbs ediblər. APA-nın “Reuters”ə istinadən yaydığı məlumata görə, xarici işlər naziri Tripolinin qərbindəki fermer təsərrüfatında gerçəkləşib. Abdulati əl-Obeydi bu ilin aprelində xarici işlər naziri Musa Kusa Böyük Britaniyaya qaçdıqdan sonra bu posta təyin olunub.

Bu gecə Liviya liderinin oğlu Seyf-əl-İslam Qəddafinin yeni audiomüraciəti yayımlanıb. O müqavimətin davam etdiyini və polkovnikin tərəfdarlarının qələbəsinin yaxın olduğunu deyib. Seyf-əl-İslam üyançıları Sirt şəhərinə hücuma keçməkdən çəkinməyə çağırıb. O bildirib ki, üsyançıları bu şəhərdə 20 mindən artıq silahlı gözləyir.

Qəddafinin digər oğlu Saadi Qəddafi isə isə Milli Keçid Şurasının rəhbərliyi ilə əlaqə saxlayaraq qan tökülməsini dayandırmaq üçün dialoq təklif edib. O bu təklifi atasının razılığı ilə irəli sürdüyünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR