Bank Of Baku

Qəddafi tərəfdarlarını partizan müharibəsi aparmağa çağırıb

Qəddafi tərəfdarlarını partizan müharibəsi aparmağa çağırıb
# 02 sentyabr 2011 00:44 (UTC +04:00)
Bakı-APA. Devrilmiş Liviya lideri Müammər Qəddafi tərəfdarlarını Liviyanın əksər ərazilərinə nəzarət edən qiyamçılara qarşı partizan müharibəsi aparmağa çağırıb.
"Gündən günə müqavimət artmalıdır, partizan müharibəsi aparmağa hazırlaşın. Bütün Liviya torpaqlarında müharibə getməlidir”. Bunu Qəddafi audio müraciətində bildirib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Qəddafi deyib ki, paytaxt Tripolinin süqutundan sonra Sirt şəhəri “müqavimət paytaxtı” olub.
O, NATO-ya məsləhət görüb ki, Liviya şəhərlərinə hava zərbələri endirməsin. “Bombardmanlar Liviya xalqının müqavimətini qıra bilməyəcək. Bizim tərəfdarlarımız yaxşı silahlanıb, onlara qalib gəlmək mümkün olmayacaq”, Qəddəfi deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR