Bank Of Baku

Liviya üsyançılarının lideri: «Heç vaxt terrorçuluğu yaymayacağıq»

Liviya üsyançılarının lideri: «Heç vaxt terrorçuluğu yaymayacağıq»
# 02 sentyabr 2011 19:10 (UTC +04:00)
Bakı-APA. Liviya yeni hakimiyyətin dövründə terrorçuluq və islamçılığı yaymayacaq. Liviya Keçid Milli şurasının silahlı qüvvələrinin başçısı Hakim Belhac belə bir bəyanatla çıxış edib.

Belhac əvvəllər Liviya islamçı hərbi qrupunun lideri lolub. Bu təşkilat BMT tərəfindən «Əl-Qaidə» ilə əlaqəli terrorçu təşkilatlar sırasına daxil edilmişdi.

Belhac «Əl-Qaidə» ilə əlaqəli olduğunu inkar edib. O bildirib ki, «Əl-Qaidə»dən fərqli olaraq Qərbə qarşı mübarizəyə yox, Müəmmər Qəddafi rejiminin devrilməsinə tərəfdar olub.

«Terrorçuluq adlandırılan fəaliyyəti heç vaxt dəstəkləməmişik və dəstəkləməyəcəyik də», deyə Əbdül Hakim Belhac bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR