Bank Of Baku

Burkina Faso Qəddafinin bu ölkəyə gəlməsi xəbərini təkzib edib

Burkina Faso Qəddafinin bu ölkəyə gəlməsi xəbərini təkzib edib
# 06 sentyabr 2011 19:29 (UTC +04:00)
Bakı-APA. Burkina Faso rəhbərliyinə yaxın mənbələr Müammar Qəddafinin bu ölkəyə gəlməsi barədə xəbərləri təkzib edib.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Burkina Faso prezidenti Blaise Kompaore administrasiyasına yaxın mənbə bildirib ki, Liviya liderinin və onun yaxın tərəfdarlarının bu qərbi Afrika ölkəsinə gəlməsi barədə heç bir məlumat yoxdur. “Bu həqiqətə uyğun deyil, bizim bu barədə heç bir xəbərimiz yoxdur”, o deyib.
Xatırladaq ki, Afrika ölkələri KİV-lərinin məlumatına görə Liviyadan Nigerin Agadez şəhərinə 200-250 zirehli texnikadan ibarət maşın karvanı gedib. Bəzi mənbələrin məlumatına görə, maşın karvanının tərkibində Qəddafi və onun oğlu Seif əl-İslam da olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR