Bank Of Baku

Niger hökuməti Liviyadan hərbi maşın karvanını bu ölkəyə gəlməsi xəbərini təkzib edib

Niger hökuməti Liviyadan hərbi maşın karvanını bu ölkəyə gəlməsi xəbərini  təkzib edib
# 06 sentyabr 2011 23:25 (UTC +04:00)
Bakı-APA. Nigerin daxili işlər naziri Abdu Labo Müammər Qəddafinin sadiq qüvvələrinə məxsus hərbi maşın karvanının ölkəsinə daxil olması xəbərini təkzib edib. APA-nın verdiyi xəbərə görə, nigerli nazir, Liviya hökumətinin yalnız bir üzvünə - Mansour Taoya, bu ölkəyə gəlməyə icazə verildiyini bildirib. “Mənim bildiyimə görə, Qəddafi Nigerdə yoxdur”, daxili işlər naziri belə deyib.
Bu arada Müammər Qaddafinin nümayəndəsi Musa İbrahim, Qəddafinin vətənində olduğunu və onun təhlükəsizliyinin tam təmin olunduğunu qeyd edib. Onun sözlərinə görə, Nigerə keçən hərbi maşın karvanı barədə onlarda heç bir məlumatı yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR