Bank Of Baku

Efiopiyada İsveç jurnalistləri terrorçuluqda ittiham olunurlar

Efiopiyada İsveç jurnalistləri terrorçuluqda ittiham olunurlar
# 07 sentyabr 2011 19:55 (UTC +04:00)
Bakı-APA. Etnik somalililərin məskunlaşdığı Efiopiyanın Oqaden vilayətində saxlanılan iki İsveç jurnalisti terrorizmə dəstək verməkdə ittiham olunurlar.
APA-nın verdiyi xəbərə görə, Yohan Persson və Martin Şibbi bu ilin iyun ayında Efiopiya ərazisinə qonşu Somalidən "Oqaden Milli Azadlıq Cəbhəsi"nin silahlıları ilə keçiblər.
"Oqaden Milli Azadlıq Cəbhəsi" 1984 ildən Oqadenin müstəqilliyi uğrunda silahlı mübarizə aparır. Efiopiya hökuməti bu təşkilatı terrorçu qurum hesab edir.
Efiopiyanın qanunvericiliyində “üsyançıları təbliğ etməyə” görə cinayət məhsulatı nəzərdə tutulur. Efiopiyanın ədliyyə naziri İsveç jurnalistlərin məhkəmə qarşısında cavab verəcəklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR