Bank Of Baku

Qəddafi Nigerə daxil olan zaman bu ölkənin hökuməti onu həbs edəcəyini bildirib

Qəddafi Nigerə daxil olan zaman bu ölkənin hökuməti onu həbs edəcəyini bildirib
# 09 sentyabr 2011 17:45 (UTC +04:00)
Bakı-APA. Nigerin prezident Administrasiyasının rəhbəri Massaudu Hassumi bildirib ki, İnterpol tərəfindən axtarışda olan Müammar Qaddafi və onun yaxın tərəfdarları ölkəyə daxil olan zaman həbs olunacaqlar.
“Biz beynəlxalq ədalət məhkəməsi qarşısında götürdüyümüz öhdəliklərə hörmətlə yanaşacağıq”, Massaudu Hassumi deyib.
Xatırladaq ki, İnterpol Müəmmar Qəddafi, onun oğlu Seif əl-İslam və hərbi kəşfiyyat xidmətinin keçmiş direktoru Abdulla əl-Senussi barədə "qırmızı bildiriş" elan edərək onları xüsusi axtarışda olan şəxslərin siyahısına salıb.
Bir qədər əvvəl Beynəlxalq Cinayət Məhkəməsi bu üç nəfərin həbsinə dair order verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR