Bank Of Baku

Misir paytaxtında kütləvi etiraz aksiyası keçirilir

Misir paytaxtında kütləvi etiraz aksiyası keçirilir
# 09 sentyabr 2011 18:36 (UTC +04:00)
Bakı-APA. Misirin paytaxtı Qahirədə minlərlə insan Təhrir meydanına etiraz aksiyasına çıxıb.
APA-nın verdiyi xəbərə görə, nümayişçilər tez bir zaman ölkədə islahatların keçirilməsini, habelə mülki şəxslərin cinayət işlərinə hərbi məhkəmələrin baxılmasına xitam verilməsini tələb edirlər.
Əsas tələblərdən biri isə iqtidarda olan hərbi şuranın hakimiyyəti mülki hökumətə verilməsinin tezləşdirməsidir. Nümayişçilər Misir İsrail sərhədində baş vermiş son insidentlərlə bağlı İsrail səfirinin ölkədən çıxarılmasını da tələb edirlər.
Bildirilir ki, "Müsəlman Qardaşları" və digər islamçı qrupları nümayişdə iştirak etmirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR