Bank Of Baku

Misirdə baş verən toqquşmalarda yaralananların sayı 500 nəfəri keçib

Misirdə baş verən toqquşmalarda yaralananların sayı 500 nəfəri keçib
# 10 sentyabr 2011 09:33 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Misirdə baş verən toqquşmalarda yaralananların sayı 500 nəfəri keçib. APA-nın verdiyi xəbərə görə, Qahirədə İsrail səfirliyinin qarşısında yerli polislə nümayişçilər arasında baş verən iğtişaşlar hələ də davam edir. Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, toqquşmalar zamanı 520 nəfər yaralanıb, 1 nəfər isə ölüb. Misir Daxili İşlər Nazirliyi (DİN) baş verən hadisələrdə xarici dövlətlərin əlinin olduğunu söyləyib.
Qeyd edək ki, avqustun 18-də beş misirli polisin İsrail hərbçiləri tərəfindən qətlə yetirilməsi İsrail səfirliyinə etiraz yürüşlərinə səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR