Bank Of Baku

Türkiyənin baş naziri Şimali Afrikaya səfərə yola düşüb

Türkiyənin baş naziri Şimali Afrikaya səfərə yola düşüb
# 12 sentyabr 2011 21:43 (UTC +04:00)
Bakı-APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Şimali Afrikaya dörd günlük rəsmi səfərə yola düşüb. Türkiyə son zamanlar siyasi böhranın baş qaldırdığı bölgədə nüfuzunu artırmağa çalışır. Ərdoğanın səfərinin ilk dayanacağı Qahirədir. O, hal-hazırda Misirdə hakimiyyət başındakı hərbi şuranın feld-marşalı Məhəmməd Hüseyn Tantavi və baş nazir Essam Şərəflə görüşəcək. Baş nazirin eləcə də Ərəb Liqasının yığıncağı zamanı özünün xarici siyasəti barədə danışacağı və prezident Hüsni Mübarəki istefa verməyə məcbur edən gənc siyasi liderlərlə görüşəcəyi gözlənilir.

Çərşənbə günü Ərdoğanın Tunisə gedəcəyi, çümə axşamı isə Liviyanın müvəqqəti hökumətinin başçısı ilə görüşəcəyi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR