Bank Of Baku

Türkiyə Misir iqtisadiyyatına 5 milyard dollarlıq sərmayə qoyacaq

Türkiyə Misir iqtisadiyyatına 5 milyard dollarlıq sərmayə qoyacaq
# 13 sentyabr 2011 22:56 (UTC +04:00)
Bakı-APA. Türkiyə qısa müddətdə Misir iqtisadiyyatına yatırdığı sərmayəni 5 milyard dollara çatdırmaq niyyətindədir. Bu barədə Misirdə səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, bu məqsədlə iki ölkənin Strateji əməkdaşlıq şurası yaradılıb. Şura iki ölkə arasındakı iqtisadi və mədəni əlaqələri yeni yüksək mərhələyə qaldırmalıdır.

Ərdoğan bildirib ki, hazırda türk sərmayəçiləri artıq Misirdəki müxtəlif layihələrə təxminən 1,5 milyard dollar sərmayə qoyublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR