Bank Of Baku

Nikola Sarkozi və Devid Kemeron Liviyaya səfər ediblər

Nikola Sarkozi və Devid Kemeron Liviyaya səfər ediblər
# 15 sentyabr 2011 13:53 (UTC +04:00)
APA-nın məlumatına görə, təhlükəsizlik amilləri nəzərə alınaraq Sarkozi və Kemeronun Liviyaya səfəri son ana kimi gizli saxlanıb. Avropa liderləri Liviya Milli Keçid Şurasının rəhbərliyi ilə danışıqlar aparacaqlar. Fransanın maliyyə naziri Fransua Baruana səfərin simvolik xarakter daşıdığını, hərbi və iqtisadi məsələlərin müzakirə olunmayacağını deyib. Liviya Milli Keçid Şurası İcra Komitəsinin rəhbəri Mahmud Cibriil Fransa və Böyük Britaniyanın Liviyanın mülki əhalisini müdafiə etmək missiyasını davam etdirməyə razılıq verdiklərini deyib: “Biz alyansdan missiyanı davam etdirməyi xahiş etdik, artıq bu iki dövlət xahişimizi müsbət cavablandırıb. Döyüşmək üçün hələ cəbhə var”.

Sabah Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın da Tunisə səfərini başa vuraraq Liviyaya keçəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR