Bank Of Baku

Misir Kemp-Devid sazişinə yenidən baxa biləcəyini bəyan edib

Misir Kemp-Devid sazişinə yenidən baxa biləcəyini bəyan edib
# 16 sentyabr 2011 04:54 (UTC +04:00)
Bakı-APA. Misirin keçid hökumətinin başçısı İsam Şərəf lazım gələrsə, İsraillə bağlanmış sülh sazişlərinə yenidən baxıla biləcəyini bəyan edib.

«Kemp-Devid sazişi müqəddəs deyil, onu həmişə nəzərdən keçirmək olar», deyə hökumət başçısı bildirib. Onun sözlərinə görə, İsrail-Misir sülh sazişi bölgədə ədalətli sülhün maraqlarına cavab verməsə, onlara dəyişiklik etmək olar.

1978-ci ildə Misir İsraillə sülh sazişi imzalamış ilk ərəb ölkəsi olub. Bununla Qahirə antiisrail koalisiyasının əsas iştirakçısından ərəb dünyasında İsrailin birinci tərəfdaşına çevrilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR