Bank Of Baku

Liviyada yeni hökumətin tərkibi təsdiq olunub

Liviyada yeni hökumətin tərkibi təsdiq olunub
# 19 sentyabr 2011 18:44 (UTC +04:00)
Bakı-APA. Liviya Keçid Milli şurası (KMS) yeni hökumətin tərkibini təsdiq edib. Yeni hökumətin baş naziri əvvəllər KMS-nın İcraiyyə Komitəsinə rəhbərlik etmiş Mahmud Cəbril olacaq.

Yeni Liviya hökumətində 22 nazirlik olacaq. Bəzi nazir vəzifələri KMS-nın tərəfindən çıxış edən gənclər hərəkatlarının nümayəndələrinə verilib. Hökumətdə ölkənin bir çox bölgələrinin təmsil olunduğu bildirilir.

Yeni hökumətdə xarici işlər naziri vəzifəsini son vaxtlaradək BMT-də ərəb ölkələriylə əlaqələrə görə cavabdeh olan Məhəmməd Əbdüləziz tutub. Müdafiə naziri vəzifəsi Üsamə əl-Caviliyə, daxili işlər naziri vəzifəsi isə Fauzi Əbdüləliyə həvalə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR