Bank Of Baku

Liviyanın yeni hökuməti 7-10 gün ərzində formalaşacaq

Liviyanın yeni hökuməti 7-10 gün ərzində formalaşacaq
# 21 sentyabr 2011 04:40 (UTC +04:00)
Bakı-APA. Müəmmar Gəddafi devrildikdən sonra Liviyanın ilk hökuməti 7-10 gün ərzində formalaşacaq.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, bu barədə Liviyanın Milli Keçid Şurasının (MKŞ) İcraiyyə Komitəsinin rəhbəri Mahmud Cibril Nyu-Yorkda “böyük səkkizliyin” xarici işlər nazirlərinin konfransında bildirib.
“Mənim hesablamalarıma görə, hökumət bir həftə və ya 10 gün ərzində formalaşacaq” - Mahmud Cibril deyib.
Onun sözlərinə görə, MKŞ artıq yeni hökumətdə nazirliklərin sayı, harada yerləşəcəyi, digər dövlət strukturların yaradılması barədə müzakirələr aparır. Yeni strukturların arasında beynəlxalq tenderlərin keçirilməsi üçün idarənin yaradılması nəzərdə tutulub. O bildirib ki, bu idarənin yaradılması hökumətin fəaliyyətinin şəffaf olmasını təmin edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR