Bank Of Baku

Liviyada müvəqqəti hökumətin əsas tərkibi razılaşdırılıb

Liviyada müvəqqəti hökumətin əsas tərkibi razılaşdırılıb
# 23 sentyabr 2011 16:46 (UTC +04:00)
Bakı - APA. Liviyanın Milli Keçid Şurası ölkənin müvəqqəti hökumətinin əsas tərkibini razılaşdırıb. APA-nın “Reuters”ə istinadən xəbərinə görə, kabinetə 22 nazir və bir baş nazirin müavini daxildir.

Yaxın günlərdə hökumətin yekun tərkibi açıqlanacaq. Milli Keçid Şurasının mətbuat katibi Əbdül Hafiz Qoqa bildirib ki, indiyədək ən mühüm postlar razılaşdırılıb. Yeni hökumətin üzərinə etnik, dini və coğrafi amillərlə parçalanmış liviyalıları birləşdirmək və onları hakimiyyət seçkisinin demokratik prosedurlarını hazırlamaq vəzifəsi düşür.

Müvəqqəti hökumətə Milli Keçid Şurasının təyin edəcəyi baş nazir rəhbərlik edəcək. O, müvəqqəti hökumətin tərkibini Şura ilə razılaşdırıb təsdiq edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR