Bank Of Baku

Liviyanın Sirt şəhərində ağır döyüşlər gedir

Liviyanın Sirt şəhərində ağır döyüşlər gedir
# 25 sentyabr 2011 02:14 (UTC +04:00)
Bakı-APA. Liviyanın Sirt şəhərində müvəqqəti hökumət qüvvələri ilə Qəddafiyə sadiq qüvvələr arasında ağır artilleriya hücumları baş verib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, şəhərin mərkəzinə doğru irəliləyən Milli Keçid Şurasının döyüşçüləri ciddi müqavimətlə üzləşib. Döyüşçülər Bani Valid şəhərində Qəddafinin tərəfdarlarının bir neçə mövqelərini ələ keçirməyə çalışırlar.
Liviyanın Milli Keçid Şurası gələn bir neçə gün ərzində müvəqqəti hökumətin iş cədvəlinin açıqlanacağını bildirib. Şura hökumətdə 22 nazir və baş nazir müavininin yer alacağını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR