Bank Of Baku

Əl-Cəzirə telekanalının Qahirə ofisində axtarış aparılıb

Əl-Cəzirə telekanalının Qahirə ofisində axtarış aparılıb
# 30 sentyabr 2011 00:45 (UTC +04:00)
Bakı-APA. Misir təhlükəsizlik xidmətinin əməkdaşları Əl-Cəzirə telekanalının Qahirə ofisində sentyabr ayında ikinci dəfə axtarış aparılıblar.
APA-nın gazeta.ru saytına istinadən verdiyi xəbərə görə, telekanalın avadanlığı müsadirə olunub və bir redaktoru həbs edilib.
Telekanalda axtarış Qahirədə planlaşdırılan kütləvi etiraz aksiyasından bir gün qabaq keçirilib. Əl-Cəzirə bu aksiyaları canlı efirdə yayımlayırdı.
Hüsni Mübarək rejiminin devrilməsinə baxmayaraq, əhali Misir Silahlı Qüvvələrinin Ali Şurasının ölkəni idarə etməsindən narazıdır. Onlar azadlıqların və demokratiyanın genişlənməsini, ölkədə 30 il davam edən fövqəladə vəziyyətin ləğv olunmasını tələb edirlər.
Misirin hazırkı iqtidarı bildirib ki, Əl-Cəzirə telekanalı ölkədə icazəsiz fəaliyyət göstərir.

Yerli hüquq müdafiəçilərin sözlərinə görə, hərbiçilər bütün özəl media strukturlarını bağlamağa çalışırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR