Bank Of Baku

Somali piratları Keniya kurortundan daha bir avropalı qadını oğurlayıblar

Somali piratları Keniya kurortundan daha bir avropalı qadını oğurlayıblar
# 01 oktyabr 2011 19:56 (UTC +04:00)
Bakı-APA. Somali piratları Keniya kurortundan ikinci avropalı qadını oğurlayıb, Somaliyə keçiriblər.

APA-nın gazeta.ru saytına istinadən verdiyi xəbərə görə, Keniya sərhədçiləri piratların motorlu qayığını saxlamağa cəhd edən zaman atışma baş verib. Nəticədə bir necə cinayətkar yaralanıb.

Qeyd edək ki,oğurlanan fransalı qadın əlildir və Lamu adasında istirahət edirmiş.

Üç həftə bundan qabaq Somali piratları Britaniya vətəndaşı Cudit Tedbattı Keniyadan oğurlayıblar. Onun həyat yoldaşını isə piratlar qətlə yetiriblər. Cudit Tedbatt hal hazırda Somalidə piratların əlindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR