Bank Of Baku

Liviyanın Milli Keçid Şurası Sirt şəhərinə hücumu müvəqqəti olaraq dayandırıb

Liviyanın Milli Keçid Şurası Sirt şəhərinə hücumu müvəqqəti olaraq dayandırıb
# 01 oktyabr 2011 20:44 (UTC +04:00)
Bakı-APA. Liviyanın Milli Keçid Şurası (MKŞ) Sirt şəhərinə hücumu müvəqqəti olaraq dayandırıb.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, MKŞ-nın rəhbəri Mustafa Abdel Cəlil deyib ki, Sirtdə olan mülki əhalinin təhlükəsiz şəhərdən çıxması üçün hücum iki günlük dayandırılıb.
Bengazidə yerləşən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyəti qərargahından bildiriblər ki, bu günə qədər Sirti 18 min insan tərk edib. Sirtdə ağır humanitar vəziyyət yaranıb. Şəhər ərzaq, içməli su, qaz və elektrik enerjisiz qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR