Bank Of Baku

Keniyada turistlərin evakuasiyasına başlanılıb

Keniyada turistlərin evakuasiyasına başlanılıb
# 04 oktyabr 2011 23:33 (UTC +04:00)
Bakı-APA. Qərb dövlətlərindən olan turistlərin Keniyanın şimal-şərqində yerləşən Lamu arxipelaqından təcili evakuasiyası başlanılıb.
APA-nın vesti.ru saytına istinadən verdiyi xəbərə görə, bu qərar şübhəli beş kiçik qayığın arxipelaqa yaxınlaşmasından sonra qəbul olunub.
Keniya hökumətinin ehtimallarına görə, bu qayıqlarda oktyabrın 1-də fransalı turist qadını oğurlayan Somali piratları ola bilərlər.
Xatırladaq ki, üç həftə bundan qabaq Somali piratları Britaniya vətəndaşı 56 yaşlı Cudit Tedbattı Keniyadan oğurlayıblar. Onun 58 yaşlı həyat yoldaşını isə piratlar qətlə yetiriblər. Cudit Tedbatt hal hazırda Somalidə piratların əlindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR