Bank Of Baku

Liberiyada prezident seçkiləri keçirilib

Liberiyada prezident seçkiləri keçirilib
# 12 oktyabr 2011 00:31 (UTC +04:00)
Bakı-APA. Liberiyada iğtişaşsız və sakit şəraitdə prezident və parlament seçkiləri keçirilib.
APA-nın verdiyi xəbərə görə, bu Qərbi Afrika ölkəsinin 1.8 milyon seçicisi var. Seçkilərdə əsasən iki namizəd mübarizə aparıb – Birlik partiyasından, Liberiyanın hazırkı prezidenti 72 yaşlı Ellen Conson-Sirlef və Demokratik Dəyişikliklər Konqresindən, müxalifət nümayəndəsi 70 yaşlı Uinston Tubmanu.
Seçki komissiyası və beynəlxalq müşahidəçilər seçkilərdə yüksək aktivliyi qeyd ediblər.
Ellen Conson-Sirlef xaricdə çox populyardır və bu günlərdə Nobel mükafatını layiq görülüb. Lakin liberiyalıların əksəriyyəti islahatlar tərəfdarı olan Uinston Tubmanu dəstəkləyirlər.
Namizədlərin 50% səs qazanmadığı halda noyabrın 8-də ikinci tur keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR