Bank Of Baku

Liberiyada müxalifətdən olan namizədlər prezident seçkilərin ikinci turunu boykot edəcəklər

Liberiyada müxalifətdən olan namizədlər prezident seçkilərin ikinci turunu boykot edəcəklər
# 16 oktyabr 2011 01:39 (UTC +04:00)
Bakı-APA. Liberiyada müxalifətdən olan namizədlər prezident seçkilərinin ikinci turunu boykot edəcəyi barədə bəyanat yayıblar.
APA-nın verdiyi xəbərə görə, onlar başa çatan prezident seçkilərinin səsverməsində hazırkı prezident, Nobel mükafatı laureatı Ellen Conson Sirlifin xeyrinə saxtakarlıqların baş verdiyini bildirirlər.
Bu bəyanatla seçkilərdə ikinci və üçüncü yerləri qazanan müxalifətdən olan namizədlər çıxış ediblər.
Liberiyanın paytaxtı Monroviada hakimiyyətdə naməlum şəxslər hakim partiyanın ofisini yandırıblar.
Xatırladaq ki, prezident seçkilərində 16 namizəd iştirak edib. Səslərin sayılması davam edir. Son məlumata görə, hazırkı prezident 72 yaşlı Ellen Conson-Sirlif səslərin 45.5%-ni qazanıb.
Rəsmi olaraq seçkilərin nəticələri oktyabrın 26-də elan ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR