Bank Of Baku

ABŞ-ın dövlət katibi Liviyaya gedib

ABŞ-ın dövlət katibi Liviyaya gedib
# 18 oktyabr 2011 16:27 (UTC +04:00)
Bakı - APA. Bu gün ABŞ-ın dövlət katibi Hillari Klinton Liviyanın paytaxtı Tripoliyə rəsmi səfər edib.

APA-nın “Agence France-Presse”yə istinadən məlumatına görə, səfər çərçivəsində H.Klinton Liviya Milli keçid Şurasının sədri Mustafa Əbdül Cəlil, müvəqqəti hökumətin baş naziri Mahmud Cibril, maliyyə və neft naziri Əli Tərxuni ilə görüşəcək.

Görüşlərdə Liviyanın demokratiyaya keçidi, eləcə də ölkənin təhlükəsizliyinin və iqtisadiyyatının bərpası, Qəddafi rejiminin imzaladığı neft müqavilələrinə riayət etmək, iqtisadiyyatın diversifikasiyası, Liviyaya humanitar və tibbi yardım göstərilməsi məsələləri müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR