Bank Of Baku

Liviya Milli Keçid Şurası: Qəddafi xəstəxanaya aparılan zaman yolda ölümcül yaralanıb

Liviya Milli Keçid Şurası: Qəddafi xəstəxanaya aparılan zaman yolda ölümcül yaralanıb
# 21 oktyabr 2011 02:10 (UTC +04:00)
APA-nın verdiyi xəbərə görə, bu barədə Liviya Milli Keçid Şurasının İcra Komitəsinin sədri Mahmud Cibril Tripolidə keçirilən mətbuat konfransında bildirib. Cibril deyib: “Biz Qəddəfini gizləndiyi su borusundan çıxartdıq. O, yalnız sağ əlindən yaralanmışdı və müqavimət göstərmirdi. Onu yük maşınına oturduranda qolundan başqa heç bir yarası yox idi”.
Cibril bildirib ki, “Qəddafini xəstəxanaya aparan maşın inqilabçılar və polkovnikə sadiq qüvvələri arasında gedən atışmaya düşüb. Nəticədə Qəddafi başından ölümcül yaralanıb.
Xatırladaq ki, 42 il Liviyada hakimiyyətdə olan Qəddafi doğma Sirt şəhərində əsir götürüləndən sonra aldığı güllə yaralarından ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR