Bank Of Baku

Liviyanın tam azad edildiyi elan olunacaq

Liviyanın tam azad edildiyi elan olunacaq
# 23 oktyabr 2011 00:52 (UTC +04:00)
Bakı-APA. Bu gün Liviyanın müvəqqəti hökumətinin liderləri ölkənin tam azad olunduğunu elan etməyə hazırlaşırlar.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Milli Keçid Şurası (MKŞ) bildirib ki, bu addım Liviyada yeni hökumət quruculuğu prosesinin başlaması üçün yol açacaq. MKŞ-nın rəsmiləri hökumət əleyhinə hərəkatın mərkəzi olan Benqazidə bunu elan etmək niyyətindədirlər. Bundan öncə MKŞ ölkənin tam azad edildiyini şənbə günü elan olunacağını bildirilib. Bunun təxirə salınmasının səbəbi açıqlanmayıb. Müvəqqəti hökumətin Baş naziri Mahmud Cibril deyib ki, Liviyada yeni konstitusiyanı hazırlayacaq Milli Şuraya ilk seçkilər səkkiz ay müddətində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR