Bank Of Baku

BMT Təhlükəsizlik Şurası NATO-nun Liviyadakı hərbi əməliyyatlarının dayandırılması barədə qərar qəbul edib

BMT Təhlükəsizlik Şurası NATO-nun Liviyadakı hərbi əməliyyatlarının dayandırılması barədə qərar qəbul edib
# 28 oktyabr 2011 07:24 (UTC +04:00)
APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, TŞ-nin 15 üzvü həmçinin Liviya hava məkanında tətbiq edilən uçuşa yasaq zonanın ləğvinə səs verib. Liviyaya qarşı tətbiq olunan silah embarqosu da yumşaldılacaq. Liviya neft şirkətlərinin, banklarının və dövlət orqanlarının xaricdə saxlanılan və daha əvvəl dondurulmuş aktivləri sərbəst buraxılıb. Liviya təyyarələrinə beynəlxalq uçuşlar həyata keçirmək icazəsi də verilib.

NATO-nun Liviyadakı bütün fəaliyyətləri oktyabrın 31-də başa çatacaq. Alyans təmsilçiləri Liviya Müvəqqəti Keçid Şurasına başqa vasitələrlə dəstək verilməsi imkanlarını öyrəndiklərini açıqlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR