Bank Of Baku

Efiopiyada İsveç jurnalistlərin məhkəməsi başlayıb

Efiopiyada İsveç jurnalistlərin məhkəməsi başlayıb
# 01 noyabr 2011 18:40 (UTC +04:00)
Bakı-APA. Efiopiyada terrorizmə dəstək verməkdə ittiham olunan iki Isveç jurnalistin məhkəməsi başlayıb.
APA-nın verdiyi xəbərə görə, jurnalistlər etnik somalililərin məskunlaşdığı Efiopiyanın Oqaden vilayətində bu ilin sentyabrında saxlanılıblar.
APA-nın verdiyi xəbərə görə, Yohan Persson və Martin Şibbi bu ilin iyun ayında Efiopiya ərazisinə qonşu Somalidən "Oqaden Milli Azadlıq Cəbhəsi"nin silahlıları ilə keçiblər.
"Oqaden Milli Azadlıq Cəbhəsi" 1984 ildən Oqadenin müstəqilliyi uğrunda silahlı mübarizə aparır. Efiopiya hökuməti bu təşkilatı terrorçu qurum hesab edir.
Efiopiyanın qanunvericiliyində “üsyançıları təbliğ etməyə” görə cinayət məhsulatı nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR