Bank Of Baku

Nigeriyada baş vermiş silsilə partlayışlarda ən azı 63 nəfər həlak olub, yüzlərlə yaralı var

Nigeriyada baş vermiş silsilə partlayışlarda ən azı 63 nəfər həlak olub, yüzlərlə yaralı var
# 05 noyabr 2011 16:51 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. Nigeriyanın şimal-şərqindəki Damaturu şəhərində baş vermiş silsilə partlayışlarda ən azı 63 nəfər həlak olub.

APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, partlayışlar yerli kilsə və polis məntəqəsi yaxınlığında baş verib.

Yüzlərlə yaralı şəxsin yerli xəstəxanalarda olduğu bildirilir. Partlayışdan sonra başlamış xaotik atışma səbəbindən yerli əhalinin şəhəri tərk etdiyi xəbər verilir. Zorakılığa məzhəblərarası ixtilafın səbəb olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR