Bank Of Baku

Misirdə ixrac qaz kəməri partladılıb

Misirdə ixrac qaz kəməri partladılıb
# 10 noyabr 2011 03:35 (UTC +04:00)
Bakı-APA. Misirdən İordaniya və İsrailə gedən ixrac qaz kəməri partladılıb.
APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, bir qrup yaraqlı Sinay yarımadasında yerləşən Əl-Araş şəhəri yaxınlığında qaz kəmərini partladıb.
Bu bölgədə 2010 ilin fevralından qaz kəməri 7 dəfə hücuma məruz qalıb. Partlayışdan sonra kəmərdə yanğın başlayıb. Misir hökuməti terror aktının bölgədə fəaliyyət göstərən "Əl-Qaidə" ilə əlaqədə olan ekstremist qruplaşmanın həyata keçirdiyini bildirib.
Misir ordusu bu ilin avqust ayından bölgədəki terror qruplaşmalarına qarşı əməliyyat aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR