Bank Of Baku

Mavritaniya dünya birliyindən 110 milyon avro yardım istəyir

Mavritaniya dünya birliyindən 110 milyon avro yardım istəyir
# 11 noyabr 2011 01:49 (UTC +04:00)
Bakı-APA. Mavritaniya quraqlığın nəticələrini aradan qaldırmaq üçün dünya birliyinin 110 milyon avrodan artıq yardımına möhtacdır. Bu barədə Mavritaniyanın baş naziri Mulay uld Məhəmməd Laqdaf bəyan edib. Laqdafın sözlərinə görə, əhalini ən vacib ərzaqlarla təmin etmək üçün ölkədə 2,4 min xüsusi dükan açılacaq. Bu dükanlarda ərzaq dəfələrlə ucuz qiymətə satılacaq.

BMT-nin məlumatına görə, Mavritaniya əhalisinin 25%-i, yəni təxminən 700 min nəfər aclıq içərisindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR