Bank Of Baku

BBC: Efiopiya ordusu Somali ərazisinə daxil olub

BBC: Efiopiya ordusu Somali ərazisinə daxil olub
# 19 noyabr 2011 23:46 (UTC +04:00)
Bakı-APA. Efiopiya ordusu Somali ərazisinə daxil olub. Bu barədə BBC məlumat yayıb.

Məlumata görə, sərhədi ən azı içərisində efiopiyalı hərbçilər olan 20 hərbi maşın keçib. Efiopiyalı hərbçiləri Somalinin Qurel şəhərində və Beledueyne şəhərinin ətraflarında görüblər.

Efiopiya rəsmiləri Somaliyə müdaxiləni inkar edirlər.

Xatırladaq ki, hazırda Keniya qoşunları da Somali ərazisində islamçı «Əş-Şəbab» qruplaşması ilə döyüşürlər.

Somalinin federal hökuməti yalnız paytaxt Moqadişo və ətraf rayonlara nəzarət edir. Ölkənin cənubu və şimal-şərqində yerli klanlar və radikal islamçı hərəkatların nəzarəti altındadır. Şimal və şimal-qərbi ərazilərinə tanınmamış «Somalilend Respublikası» nəzarət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR