Bank Of Baku

Misir hökuməti istefa verib

Misir hökuməti istefa verib
# 21 noyabr 2011 20:16 (UTC +04:00)
Bakı-APA. Baş nazir İsam Şərəfin başçılıq etdiyi Misir hökuməti Təhrir meydanında baş verən hadisələrin fonunda istefa verib. Bu barədə Nazirlər Kabinetinin rəsmi bəyanatında deyilir.

Hazırda istefa müraciətinə ölkədə iqtidarda olan Silahlı Qüvvələrin Ali Şurası tərəfindən baxılır. Ali Şura qərar qəbul edənədək hökumət öz funksiyalarını yerinə yetirəcək.

Misirdə artıq üçüncü gündür ki, nümayişçilərlə polislər arasında qarşıdurma davam edir. Minlərlə insan ölkədə hakimiyyətin hərbçilərdən mülki şəxslərə ötürülməsini tələb edirlər. Qarşıdurmada azı 35 nəfərin həlak olub, 2 mindən artıq şəxs yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR