Bank Of Baku

Liviyada müvəqqəti hökumət formalaşdırılıb

Liviyada müvəqqəti hökumət formalaşdırılıb
# 22 noyabr 2011 02:49 (UTC +04:00)
Bakı-APA. Liviya Keçid Milli şurası ölkənin müvəqqəti hökumətinin tərkibini təsdiq edib. Bu barədə APA Reuters-ə istinadən məlumat verir.

Kabineti oktyabrın 31-də baş nazir təyin olunmuş 60 yaşlı elektrotexnika mütəxəssisi Əbdülrəhim əl-Kib formalaşdırıb.

Yeni hökumətdə xarici işlər naziri postunu Liviyanın BMT-dəki daimi nümayəndəsinin müavini İbrahim Dabbaşi tutacaq. Zintan şəhərindən olan səhra komandiri Üsamə əl-Cuauli müdafiə naziri, keçmiş neft naziri Əli Tarxuni maliyyə naziri vəzifələrini tutacaqlar. Neft sənayesində çalışmış Həsən Ziqlam neft naziri təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR