Bank Of Baku

Suriyaya qarşı sanksiyalar müzakirə ediləcək

Suriyaya qarşı sanksiyalar müzakirə ediləcək
# 26 noyabr 2011 01:53 (UTC +04:00)
Bakı-APA. Bu gün Qahirədə ərəb ölkələrinin maliyyə nazirləri Suriyaya qarşı mümkün sanksiyalar paketini müzakirə edəcəklər. Ərəb Dövlətləri Liqası tərəfindən böhrandan çıxış variantının qəbul edilməsi üçün rəsmi Dəməşqə verilən vaxt dünən başa çatıb. Variant ərəb və müsəlman ölkələrindən olan müşahidəçilərin Suriyaya göndərilməsini nəzərdə tuturdu.

Mümkün iqtisadi sanksiyalar arasında Suriyanın ərəb banklarındakı hesablarının dondurulması, kommersiya əlaqələrinin dayandırılması və Suriya Mərkəzi Bankı ilə maliyyə əməliyyatlarından imtina var. Bundan başqa, Suriyanın ərəb azad ticarət zonasından kənarlaşdırılması, mülki aviasiyanın Dəməşqə uçuşlarına son qoyulması da təklif olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR