Bank Of Baku

Keniyada terrorçuluqda şübhəli bilinən yüzlərlə somalili həbs olunub

Keniyada terrorçuluqda şübhəli bilinən yüzlərlə somalili həbs olunub
# 26 noyabr 2011 04:51 (UTC +04:00)
Bakı-APA. Keniya polisi ölkənin şimal-şərqində şübhəli şəxslərin kütləvi həbsini həyata keçirib.

Həbslər Somaliylə sərhədin yaxınlığındakı Qarissa şəhərində baş vermiş terror aktı ilə bağlıdır. İslamçı «Əş-Şəbab» təşkilatının silahlılarının oteli atəşə tutmaları nəticəsində 3 nəfər həlak olub, 27 nəfər isə yaralanıb. Buna cavab olaraq ölkədə yaşayan yüzlərlə somalili həbs olunub. Onlar «Əş-Şəbab»a rəğbət göstərməkdə günahlandırılırlar.

Bundan əlavə Keniya ordusunun bölmələri terror aktlarının təkrar olunmaması üçün Somali ərazisində bufer zonası yaratmağa davam edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR